CƏMİYYƏT


Qəbirləri qazıb qızıl dişləri oğurlayanlar saxlanıldı

Salyan Rayon Polis Şöbəsinə rayonun Arbatan və Kürqaraqaşlı kəndləri ərazisində yerləşən qəbiristanlıqlarda iki qəbrin naməlum şəxs və ya şəxslər tərəfindən qazılması, eləcə də dəfn olunmuş şəxslərin qızıl dişlərini oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və hadisəni törədənlərin müəyyən edilərək saxlanılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Aparılan tədbirlər nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən şəxslərin Abşeron rayon sakinləri Abas Abasov, Xəyal Mustafayev və Rəsul Elyasov olduqları müəyyən edilib və onlar saxlanılaraq Salyan RPŞ-nə gətiriliblər.