CƏMİYYƏT


Mövsümün sevimli meyvəsi - göycə alçası

Ağstafa rayonunda bir müddətdir ki, alçanın bağlardan yığımına başlanılıb. Havalar yağıntılı keçdiyindən yazın əvvəlindən alça ağacları da yaxşı məhsul verib. Amma bu, bol məhsul götürmək üçün kifayət etmir. Alça ağaclarından istənilən nəticəni əldə etmək üçün düzgün aqrotexniki qulluq vacib şərtlərdəndir.