CƏMİYYƏT


Əllərimizə tikanlar batır, çətin də olsa öhdəsindən gəlirik - Gül yığan

Zaqatalada gülçülüyün əvvəlki şöhrətinin bərpası istiqamətində 2018-ci ildən xüsusi layihə həyata keçirilir. Burada 151 hektarda gül plantasiyası salınıb və gül kollarına xidmət üçün 50 nəfər rayon sakini daimi işlə təmin olunub. Qızılgül ləçəyinin yığımı mövsümündə isə burada 1600-dən çox insan işlərə cəlb edilir.