SİYASƏT


XİN: Fransa prezidentinin bəyanatı bölgədə sülh və sabitliyə xidmət etmir

Fransa prezidenti Emanuel Makronun bəyanatı tərəflərin mövqeyini əks etdirmir və birtərəflidir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Makronun Azərbaycan və Ermənistan liderləri arasında Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanatına cavab olaraq deyib. O bildirib ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil.