SİYASƏT


Fransanın Metz şəhəri ilə Azərbaycanın regionları arasında əməkdaşlıq ediləcək

Fransanın Metz şəhəri ilə Azərbaycanın regionları arasında bir çox istiqamətlər üzrə əməkdaşlıq həyata keçiriləcək. Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva məlumat verib. Əməkdaşlıq məsələləri Azərbaycan səfiri ilə Metz şəhərinin meri Fransua Grosdidye ilə görüşündə müzakirə olunub. Səfir qeyd edib ki, hazırda müxtəlif bölgələrdə yerləşən şəhər rəhbərlikləri ilə görüşlər keçirilir və ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunur.