CƏMİYYƏT


Bakıda yenə ağaclar kəsildi

Paytaxtın Nərimanov rayonu Faiq Yusifov küçəsində yaşayış binasının qarşısındakı ağaclar kəsilib. Kəsilən ağacların yanında torpaq örtüyü də qazılıb. Ərazidə yaşayanlar bunu kimlərin etdiyindən xəbərsizdir. Ehtimal olunur ki, hadisə gecə saatlarında baş verib. Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də sorğu ünvanladıq. Qurumdan bildirildi ki, məsələdən xəbərdardılar və araşdırma zamanı sözügedən ərazidə 7 ağacın qanunsuz kəsilməsi faktı müəyyən edilib. Təbiətə dəyən ziyan cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq sənədlər Baş Prokurorluğa göndəriləcək.