SİYASƏT


Erməni silahlılarının fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb

İyunun 4-ü saat 04:20-dən saat 13:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.