SİYASƏT


XİN gənc diplomatların işə qəbulu üçün seçim prosesinə başlayacaq

Xarici İşlər Nazirliyi və Ada Universitetinin təşkilatçılığı ilə gənc diplomatlar üçün “Xarici siyasət” təlim proqramına yekun vurulub. Təlimdə çoxmərhələli seçimdən keçərək uğur qazanan və Nazirlikdə fəaliyyətə başlayan 38 diplomat iştirak edib.
Xarici işlər naziri Ceyhun Bayramov seçim prosesinin Dövlət İmtahan Mərkəzi ilə birgə həyata keçiriləcəyini bildirib. Qeyd edək ki, gənc diplomatlar üçün “Xarici siyasət” təlim proqramında ən müxtəlif sahələr üzrə aparıcı və peşəkar diplomatlar, ekspertlər və siyasətçilər iştirak ediblər.