Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kaxovka SES-in yaxınlığındakı Novaya Kaxovka şəhəri su altında qalıb

06.06.2023 [13:37]

İyunun 6-da gecə saatlarında baş verən partlayış nəticəsində Kaxovka su elektrik stansiyasındakı bəndin 28 dirəyindən 11-i dağılıb. Bölgədə yerləşən 80 yaşayış məntəqəsi daşqın təhlükəsi ilə üzləşib. Xerson vilayət administrasiyasının rəhbəri Oleksandr Prokudin təhlükəli ərazilərdə yaşayan əhalinin təxliyə edildiyini deyib.