SİYASƏT


Cənubi Qafqazda sülh ticarət imkanlarını gücləndirəcək

Bakıda keçirilən MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının 86-cı iclası çərçivəsində MDB Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini - Koordinasiya Xidmətinin sədri, general-polkovnik Aleksandr Manilov, Ermənistan və Azərbaycan arasında sülh danışıqları prosesində uğurlar əldə edildiyini və bu prosesə dəstək verilməli olduğunu deyib. Həmçinin bildirib ki, sülhün bərqərar edilməsi ilə ticarət sahmana salınacaq, insanlar həm ticarət, həm də ünsiyyət imkanı qazanacaq. Avtomatın nişangahına baxmaq əvəzinə, bir-biri ilə ünsiyyət qurmaq və ticarət etmək daha yaxşıdır.