Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmişlidə 300 tonluq gilas bağı - fermerlər xarici bazara çıxış yolları axtarırlar

09.06.2023 [14:05]

Xəbərin mətni

İmişlidə “Krım” növü adı ilə tanınan gilasın yığımı davam edir. Ağaclarda bol məhsul yetişib və qiymətlər də ucuzdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişlidə meyvə bağları ilə tanınan Şahverdili kəndində sakinlər uzun illərdir bağçılıqla məşğuldur. 360 təsərrüfatı olan kəndin əsas məşğuliyyəti meyvəçilikdir. Hazırda kəndin bağlarında “Krım” gilası tədarük olunur.