DÜNYA


Ankarada raket zavodunda partlayış: Ölənlər var

Türkiyənin Ankara şəhərinin Elmadağ rayonunda MKE (Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi) raket və partlayıcı maddələr zavodunda partlayış baş verib. Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər verib. Bildirilir ki, faciə nəticəsində 5 işçi həlak olub. Partlayışdan sonra yanğın baş verib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının qarşısını ala biliblər.