CƏMİYYƏT


Xərçəngin dərmanı - mavigilə

Azərbaycan mavigiləsi (blueberry) Körfəz və MDB ölkələrinə ixrac olunur. Ölkəmizdə bu giləmeyvənin yetişdirildiyi ilk və yeganə təsərrüfat Siyəzən rayonunun Yenikənd kəndi ərazisindədir. 2018-ci ildən fəaliyyətə başlayan təsərrüfatda mavigilənin Azərbaycan iqliminə uyğunlaşdırılmış müxtəlif sortları becərilir.
Mavigilə iyun ayında yetişir. Məhsul yığımı iki ay davam edir. Bu giləmeyvənin ən böyük üstünlüyü antioksidantla zəngin olmasındadır. Antioksidantlar insan bədənində iltihab prosesləri ilə mübarizə aparır və sərbəst radikalları neytrallaşdırır. Antioksidant maddələr lazımlı miqdarda qəbul edildikdə xərçəng, ürək xəstəlikləri, damarların kirəclənməsi, yüksək təzyiq kimi xəstəliklərə tutulma ehtimalı azalır.