Şəkidə turizm inkişaf edir
10.06.2023 [19:30]
Xəbərin mətni
Gözəl təbiəti, əsrarəngiz mətbəx nümunələri, min-bir növ şirniyyatı və insanlarının qonaqpərvərliyi ilə seçilən, yerli və xarici turistlərin marağına səbəb olan istirahət məkanlarından biri də Şəkidir. Şəkinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən muzey və karvansaraylar, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi - Şəki Xan Sarayı hər kəsin böyük marağına səbəb olur.