Bakı-Quba yolunda avtomobil aşıb, xəsarət alan var
10.06.2023 [22:46]
Xəbərin mətni
İyunun 10-da axşam saatlarında Bakı-Quba yolunda "Mercedes" markalı yük avtomobili aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun Sumqayıt ərazisindən keçən hissəsində baş verən qəzada avtomobilin sürücüsü xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobili və Dövlət Yol Polisi əməkdaşları gəliblər.