Azərbaycan Dövlət İnformasiya Agentliyi

10 yaşlı uşaq kanalda boğuldu

11.06.2023 [14:04]

Xəbərin mətni

İyunun 11-i günorta saatlarında Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində 10 yaşlı Pirsaatov Məhəmməd Elsevər oğlu su kanalına düşərək boğulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Məhəmməd həmyaşıdı ilə kənd ərazisindən keçən Xan arxın kənarında oynayarkən suya düşüb. Hadisə barədə ailə üzvlərinə onun yanında olan uşaq məlumat verib.