Tovuzda qəza: ölən və yaralananlar var
12.06.2023 [11:18]
Xəbərin mətni
Rayonun Alakol kəndində “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.