Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qubada sel evlərə, təsərrüfatlara ciddi ziyan vurub

12.06.2023 [13:29]

Xəbərin mətni

Quba rayonunun Qarxun, Yerfi, Rük, Adur kəndlərində sel suları sakinlərin evlərinə və həyətlərinə dolub, təsərrüfatlarına ziyan vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 11-i günorta saatlarında yağan qısamüddətli leysan nəticəsində yaranan sel suları Qarxun kəndində 10-a yaxın evin həyətinə, zirzəmisinə, bəzi evlərin isə içərisinə dolub.