Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub

15.06.2023 [11:54]

Xəbərin mətni

İyunun 15-i saat 08:35-dən saat 10:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.