Prezident İlham Əliyev: Biz Pakistana minnətdarıq ki, işğal dövründə və 44 günlük Vətən müharibəsində Azərbaycana güclü dəstək verib
15.06.2023 [14:22]
Xəbərin mətni
Azərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib.