Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Ermənilər növbəti təxribatında öz sakinlərini vura bilər

15.06.2023 [15:43]

Bununla bağlı artıq bir çox xarici ölkələrin diplomatik korpuslarında məlumatlar var idi. Ermənistanda olan ABŞ səfiri tərəfindən amerikanlarla təlimatlar verilmişdi ki, onlar nəbadə Laçın rayonu istiqamətinə getsinlər. Bunu AZƏRTAC-a müsahibəsində politoloq Zaur Məmmədov söyləyib. Onun sözlərinə görə Laçın rayonu amerikanlar üçün qadağan edilən zona sayılırdı. İki gün əvvəl Amerika səfirliyi bununla bağlı məlumat vermişdi. Və nəticədə bu gün Ermənistan ordusu bu təxribatı həyata keçirdi. Əlbəttə ki, Azərbaycan sərhədçilərinin tamamilə haqqı var ki, həmin sərhəd keçid məntəqəsini ermənilər üçün bağlasın. Çünki seperatçılar növbəti dəfə təxribat törədərək öz sakinlərini vura bilərlər və bunu dünya ictimaiyyətinə Azərbaycan Ordusunun əməli olaraq çatdıra bilərlər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI