Azərbaycan Dövlət İnformasiya Agentliyi

XİN: Ermənistanın hərbi təxribatlarının qarşısı qətiyyətlə alınacaq

15.06.2023 [16:22]

Ermənistanın bu kimi hərbi təxribatlarının qarşısı qətiyyətlə alınacaq və Ermənistan tərəfinin Azərbaycanın erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyasına mane olmaq istiqamətində cəhdləri uğursuz olacaqdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın Laçın dövlət sərhədindəki buraxılış məntəqəsinə qarşı hərbi təxribatı barədə yaydığı bəyanatda qeyd olunub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI