SİYASƏT


Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.
Plana uyğun olaraq, şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər nümayiş etdirilib, konfranslar, "dəyirmi masa"lar, eləcə də müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.