Romada “Dirçəliş. Başlanğıc” kitabının təqdimatı olub
16.06.2023 [15:04]
Xəbərin mətni
Azərbaycanın İtaliyadakı səfirliyinin Mədəniyyət Mərkəzində “Dirçəliş. Başlanğıc” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İtaliyadakı səfirliyinin, “İRS” Nəşriyyat Evinin və “PAŞA Həyat Sığorta” ASC-nin təşkilatçılığı ilə keçirilən tədbirdə İtaliyanın akademik dairələrinin nümayəndələri, Türkiyə səfirliyinin əməkdaşları və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.