Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hindistanda güclü siklon səbəbindən 100 minə yaxın sakin təxliyə edilib

16.06.2023 [18:23]

Güclü “Biparcoy” siklonu Hindistanın qərb hissəsini vurub, ölənlərin və xəsarət alanların olduğu bildirilir.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, iyunun 16-na keçən gecə Hindistanın Qucarat ştatında küləyin sürəti saatda 105 kilometrə çatıb. Təbii fəlakət nəticəsində ölkənin qərbində yerləşən 940 yaşayış məntəqəsində elektrik xətləri sıradan çıxıb, azı iki nəfər həlak olub.