Azərbaycan Dövlət İnformasiya Agentliyi

Serbiyada yüzlərlə ev su altında qalıb

17.06.2023 [10:59]

Serbiyada şiddətli leysan yağışlarından sonra baş verən sel və daşqınlar səbəbindən 42 şəhər və rayonda fövqəladə vəziyyət elan edilib.
AZƏRTAC xəbər verir ki, ötən gündən bəri davam edən güclü leysan yağışları nəticəsində ölkə üzrə sel və daşqınlar baş verib. Yüzlərlə ev və iş yeri su altında qalıb, çox sayda kiçik çay məcrasından çıxıb, bəzi körpülər zədələnib, onlarla avtomobil yolu bağlanıb. Xilasetmə qrupları müvafiq bölgələrə cəlb edilib, indiyədək 60-dək insan təxliyə olunub.