Azərbaycan Dövlət İnformasiya Agentliyi

Jurnalistlər azad edilmiş bölgələrdəki hərbi tibb müəssisələrində olublar

17.06.2023 [18:02]

Xəbərin mətni

17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə azad edilmiş ərazilərdə yerləşən hərbi tibb müəssisələrinə media-tur təşkil edilib.
Media nümayəndələri bu ərazilərdəki tibb müəssisələrində yaradılan şəraitlə tanış olub, hərbi həkimlərin fəaliyyətini izləyib, çəkilişlər aparıb, həmçinin tibb personalı və müalicə olunan hərbçilərdən müsahibələr götürüblər.