Kiyevə kütləvi dron hücumları olub
20.06.2023 [12:02]
Xəbərin mətni
Rusiya silahlı qüvvələri iyunun 20-nə keçən gecə paytaxt Kiyevə kamikadze dronlarla kütləvi hücum edib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə, hava hücumundan müdafiə qüvvələri 30 "Şahed” dronundan 28-i məhv edilib, onlardan 20-yə qədəri Kiyev vilayətində vurulub.
Kiyev şəhər hərbi administrasiyasının məlumatına əsasən pilotsuz təyyarələr müxtəlif istiqamətlərdən paytaxt səmasına daxil olub.