DÜNYA


“Titan” batiskafının axtarış zonasında hidrolokatorlar sualtı səslər qeydə alıb

Atlantik okeanında itmiş “Titan” batiskafının axtarış zonasında hidrolokatorlar sualtı səslər qeydə alıb. Döyəcləməyə bənzər səs hər yarım saatdan bir təkrarlanıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, ABŞ Sahil Mühafizəsi məlumatı təsdiqləyib. Sualtı səslərin qeydə alındığı zonaya əlavə vasitələr göndərildiyi, lakin axtarışların hələlik nəticəsiz qaldığı bildirilir. Axtarış-xilasetmə əməliyyatına məsafədən idarə olunan aparat da qoşulub. ABŞ və Kanadanın hərbi və mülki vasitələri ilə yanaşı, sualtı robotu olan Fransa gəmisi də axtarış zonasına yollanıb.