Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Zəfərin qazanılmasında Heydər Əliyevin ideyaları”

23.06.2023 [19:03]

Xəbərin mətni

İyunun 23-də Müdafiə Nazirliyinin Azərbaycan Hərb Tarixi Muzeyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun yaradılmasının 105 illik yubileyinə həsr olunmuş “Zəfərin qazanılmasında Heydər Əliyev ideyaları” adlı yubiley tədbiri keçirilib.