DÜNYA


Moskvada antiterror rejimi elan olunub

Moskvada və Moskva vilayətində, eləcə də Voronej vilayətində anti-terror rejimi tətbiq edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Milli Anti-Terror Komitəsi məlumat yayıb.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərinə müraciət edərək Yevgeni Priqojin ətrafında baş verənləri “silahlı qiyam” adlandırıb. Nazirlik “vaqnerçi”ləri rəsmi orqanlarla əlaqə saxlamağa çağırıb və bu təqdirdə təhlükəsizliklərinə zəmanət veriləcəyini bildirib.