Dünyanın ən yüksək bölgəsi - Tibet
24.06.2023 [13:35]
Çində Nazirlər Kabineti funksiyasını yerinə yetirən Dövlət Şurasının İnformasiya Ofisi Çindəki xarici jurnalistlərin bir qrupunun Tibet Muxtar Rayonuna səfərini təşkil edib. Səfərin məqsədi Tibetin mədəniyyəti, sosial-iqtisadi inkişafı, turizm potensialını tanıtmaqdır. Bəzi xarici media orqanları kimi Azərbaycandan olan jurnalistlər də ilk dəfə idi “Dünyanın 3-cü qütbü” adlandırılan Tibetdə olurdu.