SİYASƏT


Avstraliyada Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd olunub

Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyi paytaxt Kanberrada Azərbaycan Silahlı Qüvvələri Günü və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı rəsmi qəbul təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Avstraliya Xarici İşlər və Ticarət Departamenti rəsmilərinin, parlamentin üzvlərinin, bu ölkədəki diplomatik nümayəndəliklərin rəhbərlərinin, eləcə də Azərbaycan icması fəallarının iştirak etdikləri tədbirdə əvvəlcə Avstraliyanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.