Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın xarici ölkələrdəki səfirlik və hərbi nümayəndəliklərində Silahlı Qüvvələr Günü qeyd olunub

27.06.2023 [18:11]

Xəbərin mətni

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi münasibətilə iyunun 26-da Azərbaycanın xarici ölkələrdəki səfirlik və hərbi nümayəndəliklərində silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə xarici ölkələrin dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, səfirlər, bu ölkələrdə akkreditə olunmuş digər dövlətlərin hərbi attaşeləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də digər qonaqlar iştirak ediblər.