Silahlı Qüvvələrinin 105 illik yubileyi Pakistanda qeyd olunub
28.06.2023 [13:05]
Xəbərin mətni
Səfirliyin nəzdindəki hərbi attaşe aparatı tərəfindən təşkil olunan təntənəli rəsmi qəbula Pakistan Hərbi Hava Qüvvələri Komandanının müavini, aviasiya marşalı İrfan Əhməd ali qonaq qismində qatılıb. Pakistanın tanınmış ictimai-siyasi xadimləri, İslamabadda akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Pakistan ordusunun yüksək rütbəli zabitləri, mətbuat nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar, səfirliyinin əməkdaşları və onların ailə üzvləri də rəsmi qəbulda iştirak ediblər.