CƏMİYYƏT


Fransada AzTV-nin əməkdaşlarına hücum olub

Bununla bağlı Azərbaycan Televiziya və Radio Verilişləri QSC bəyanat yayıb. Bəyanatda bildirilir: “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.