Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ərdoğan keçmiş nazirlə basketbol oynadı

30.06.2023 [18:58]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan basketbol oynayıb.
Bu barədə AKP-nin Bursa üzrə millət vəkili Mustafa Varank şəxsi sosial şəbəkə hesabında paylaşım edib.
Basketbol oynayanlar arasında MİT rəhbəri İbrahim Kalın, Türkiyə Prezidentinin baş müşaviri Hidayət Türkoğlu, AKP-nin Antalya millət vəkili Mövlud Çavuşoğlu kimi şəxslər də yer alıb.