CƏMİYYƏT


Tibb və parfümeriyanın əsas vasitəsi - Lavanda sahəsindən REPORTAJ

Kol bitkisi olan lavandanın tərkibində 15 növ efir yağı var və orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır.
AZƏRTAC xəbər verir ki, lavanda çöl bitkisi olduğu üçün suya tələbatı da azdır. Bir dəfə əkiləndə, 20 il məhsulundan bəhrələnmək mümkündür. Tərkibində efir yağı çox olduğuna görə, dünyada ticarəti hər il artır. Yağı parfümeriya və dərman preparatları istehsalında geniş istifadə olunur. Ölkəmizə gəldikdə, bu bitkinin ilk plantasiyaları altı il əvvəl Zaqatalada salınıb.