MN: Qanunsuz erməni silahlı dəstələri Ordumuzun Ağdamdakı mövqelərini atəşə tutub
03.07.2023 [13:20]
Xəbərin mətni
İyulun 3-ü saat 10:40-dan saat 11:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətindəki mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.