Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sel Qubanın Söhüb və Cimi kəndlərində fəsadlar törədib

05.07.2023 [14:31]

Xəbərin mətni

İyulun 4-ü axşam saatlarından başlayaraq Qubada yağan güclü leysan yağışı bəzi kəndlərdə sel təhlükəsi yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yağış nəticəsində dağlıq Cimi kəndinin mərkəzi küçəsindən güclü sel keçib. Nəticədə qaz təsərrüfatına ziyan dəyib, bir neçə həyətə sel suları daxil olub.