DÜNYA


Lvova raket hücumu zamanı yaşayış binası dağılıb, azı 4 nəfər həlak olub

İyulun 6-na keçən gecə Ukrayna ərazisi Rusiya silahlı qüvvələri tərəfindən raket və kamikadze dronlarının hücumuna məruz qalıb.
AZƏRTAC-ın məlumatına görə, iyulun 6-na keçən gecə paytaxt Kiyev də daxil olmaqla ölkənin bütün ərazisi üzrə hava həyəcanı siqnalı çalınıb.
Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumatda raketlərdən birinin Lvovda yaşayış binasına düşdüyü, insanların dağıntılar altında qaldığı bildirilib. Azı 4 nəfərin öldüyü müəyyən edilib, 9 nəfər isə xəsarət alıb.