SİYASƏT


Azərbaycan dövləti İrpenin bərpasında yeni layihələrə dəstək olacaq

Azərbaycan dost ölkələrə səmimi münasibətini həmişə sözdə yox, əməldə göstərir. Azərbaycan Ukrayna ilə dost ölkə olduğunu Rusiya-Ukrayna müharibəsi dönəmində bir daha göstərməkdədir. Müharibənin ilk günlərindən başlayaraq Azərbaycan dövləti Ukraynaya humanitar yardımlar göndərməyə başladı. Həmçinin İrpen şəhərinin bərpasında və yenidən qurulmasında da öz dost əlini uzadır. İrpen şəhərində hərbi əməliyyatlar zamanı dağılmış akademik Zərifə Əliyeva adına orta məktəb SOCAR-ın Ukraynadakı nümayəndəliyi tərəfindən tam təmir edilib. Bu gün isə Azərbaycan yeni layihələrə dəstək verməyə başlayır.