Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: Zərdabda həyətyanı sahədə yanğın baş verib

07.07.2023 [09:51]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Zərdab rayonunun Qoşaoba kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.