CƏMİYYƏT


Lənkəranda yeni tikilən otel yandı

Lənkəranda yanğın baş verən hotelin bu gün açılış mərasiminin keçirilməsi planlaşdırılırmış. Rayonunun Göyşaban kəndi ərazisində yerləşən “PANORAMA” hotelindədə baş vermiş yanğın söndürülüb. Babək Heydərliyə məxsus iki mərtəbəli, ümumi sahəsi 650 kvadratmetr olan hotel binasının mansar hissəsi tamamilə yanıb. Hotelin 1-ci mərtəbəsi, həyətdə olan koteclər və yardımçı tikililər yanğından qorunub.