Azərbaycan Dövlət İnformasiya Agentliyi

Astarada üçüncü çay yığımına başlanılıb

07.07.2023 [16:09]

Xəbərin mətni

Cənub bölgəsində ənənəvi əkin sahələrindən olan çayçılıqda üçüncü yığıma başlanılıb. Respublikamızda təməli ötən əsrin əvvələrindən qoyulan çayçılıq rayonlarından biri də Astara rayonudur. Hazırda 231,5 hektar çay ərazisi olan Astarada iyul ayına qədər 320 ton məhsul yığılıb. Təsərrüfatçılar bildirir ki, çay yığımı sentyabr ayına kimi davam edəcək.