Yardımlının “Tək dam” şəlaləsi
07.07.2023 [19:00]
Xəbərin mətni
Bu şəlalə Masallı-Yardımlı yolunun 25-ci kilometrliyindədir. 34 metr hündürlükdən tökülən şəlalə iki mərtəbədən ibarətdir. Sovet hakimiyyəti zamanında Yardımlının bu dağlıq-meşəlik ərazisindəki tək gözətçi daxması şəlalənin yanında salındığı üçün buranı “tək dam” deyə çağırıblar. Elə o vaxtdan da şəlalənin adı “Tək dam” olaraq qalıb.