Ağcabədidə avtomobil qəzası piyadanın həyatına son qoydu
07.07.2023 [19:24]
Xəbərin mətni
İyulun 6-da saat 20 radələrində Ağdam-Ağcabədi yolunun Hindarx qəsəbəsi hissəsindən keçən hissəsində Şuşa rayon sakini, 2001-ci il təvəllüdlü Şamil Qasımov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanan iki avtomobillə toqquşub, daha sonra yolun kənarında olan piyada 1955-ci il təvəllüdlü Mahir Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.