Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ərdoğandan Ukraynaya dəstək

08.07.2023 [12:33]

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl tərəflərin mövqelərinin əlaqələndirilməsi, Ukrayna üçün təhlükəsizlik təminatları, taxıl müqaviləsi və müəssisələr arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub.