DÜNYA


Ukrayna və Türkiyə arasında saziş imzalandı

Ukrayna ilə Türkiyə arasında strateji sənaye sahəsində Anlaşma Memorandumu imzalanıb.
Əməkdaşlığın əsas istiqamətləri arasında, avtonom nəqliyyat vasitələrinin, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı üçün imkanların inkişafı, müxtəlif tipli PUA-ların istehsalının artırılması, iki ölkənin strateji sənayelərinin avtonom sistemləri, kosmik və digər texnoloji sektorları sahəsində tədqiqat və inkişaf, eyni zamanda strateji sənaye sahələrinin tərəqqisi üçün zəruri olan digər texniki əməkdaşlıq var.