Xızıda meşə və əkin sahələrində yanğın baş verib
08.07.2023 [16:41]
Xəbərin mətni
İyulun 8-i günorta saatlarında Xızı rayonu ərazisində meşədə və biçilmiş əkin sahələrində yanğın başlayıb. Meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN) operativ və təxirəsalınmaz tədbirlər görür. Yanğının söndürülməsinə FHN-lə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, yerli icra hakimiyyətinin müvafiq texnikaları cəlb olunub. Xızı rayon mərkəzinə və Tıxlı kəndinə yaxın ərazidə başlayan yanğın hazırda nəzarətə götürülüb.